Mingəçevirdə 24 yaşlı qızı velosiped vuraraq xəsarət yetirib

Mingəçevirdə 24 yaşlı qızı velosiped vuraraq xəsarət yetirib Mingəçevir. 3 aprel .REPORT.AZ/ Mingəçevir şəhərində 24 yaşlı qızı velosiped vurub.
Hadisə
3 Aprel , 2018 20:35
Mingəçevirdə 24 yaşlı qızı velosiped vuraraq xəsarət yetirib

Mingəçevir. 3 aprel .REPORT.AZ/ Mingəçevir şəhərində 24 yaşlı qızı velosiped vurub.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində piyada keçidində baş verib.

Belə ki, yolu keçmək istəyən 1994-cü il təvəllüdlü şəhər sakini Elnarə Elxan qızı Abdullayevanı velosiped vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Qəzaya səbəb olan velosipedçi hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi