Mingəçevirdə 23 yaşlı gənc intihara cəhd edib

Mingəçevirdə 23 yaşlı gənc intihara cəhd edib Mingəçevir. 14 sentyabr. REPORT.AZ/ Mingəçevirdə gənc oğlan özünə qəsd etmək istəyib.
Hadisə
14 sentyabr 2018 04:56
Mingəçevirdə 23 yaşlı gənc intihara cəhd edib

Mingəçevir. 14 sentyabr. REPORT.AZ/ Mingəçevirdə gənc oğlan özünə qəsd etmək istəyib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Nərimanov küçəsi 49 ünvanında, mənzil 27-də baş verib.

Həmin ünvanda yaşayan 1995-ci il təvəllüdlü şəhər sakini Fərcanlı Xəyal Elman oğlu eyni vaxtda 30-dan çox müxtəlif dərman preparatları qəbul edərək özünü öldürmək istəyib.

Şok vəziyyətinə düşən gənc xəstəxanaya çatdırılıb. Onun durumu ağır olaraq qiymətləndirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi