Mingəçevirdə gəncin anasını öldürməsinin bəzi təfərrüatları məlum oldu - YENİLƏNİB

Mingəçevirdə gəncin anasını öldürməsinin bəzi təfərrüatları məlum oldu - YENİLƏNİB Reportun məlumatına görə, qətlə yetirilən qadın oğlu tərəfindən yatmış vəziyyətdə bıçaqlanıb.
Hadisə
21 İyun , 2020 15:30
Mingəçevirdə gəncin anasını öldürməsinin bəzi təfərrüatları məlum oldu - YENİLƏNİB

"Report"un məlumatına görə, qətlə yetirilən qadın oğlu tərəfindən yatmış vəziyyətdə bıçaqlanıb.

Mərhum B.Hacıyevanın anası Bəsti Babayevanın sözlərinə görə, gecə saatlarında nəvəsi 17 yaşlı E.Hacıyev anası Brilyant Hacıyevanı yatarkən öldürüb.

"Hadisədən səhər saatlarında xəbər tutdum. Nəvəmin qətli nədən törətməsindən isə xəbərsizəm. Səhər təxminən saat 8-də qonşunun oğlu qapımızı döydü, dedi qızın oğlu tərəfindən bıçaqlanıb. Soruşdum niyə? Biz evə çatanda meyiti morqa aparmışdılar. Nəvəmin anasına neçə bıçaq vurmasını bilmirəm, amma onu bilirəm ki, anasını yatmış vəziyyətdə bıçaqlayıb”.

Qeyd edək ki, E.Hacıyev faktla bağlı prokurorluq və polis əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

“Report”un əldə etdiyi məlumata görə, qadının həyat yoldaşı bir neçə il əvvəl dünyasını dəyişib. Ailə üzvləri Ağdam rayonundan məcburi köçkündürlər.

Araşdırmalar davam etdirilir.


***12:20

Mingəçevirdə 46 yaşlı qadın oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

"Report"un məlumatına görə, hadisə iyunun 21-də saat 5 radələrində şəhərin Yeni Həyat qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbədə yaşayan Brilyant Hacıyeva evində bıçaqlanaraq qətlə yetirilib. Onun meyiti müayinə edilməsi üçün tibbi ekspertizaya aparılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs- mərhumun oğlu, 17 yaşlı E.Hacıyev tutularaq istintaqa cəlb olunub. İlkin ehtimala görə, qətl qısqanclıq zəminində törədilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi