Mingəçevirdə 10 yaşlı uşağı avtomobil vurub

Mingəçevirdə 10 yaşlı uşağı avtomobil vurub Mingəçevir. 11 aprel. REPORT.AZ/ Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
11 Aprel , 2018 16:43
Mingəçevirdə 10 yaşlı uşağı avtomobil vurub

Mingəçevir. 11 aprel. REPORT.AZ/ Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

”Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin 20 yanvar küçəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 2008-ci il təvəllüdlü şəhər sakini Sənan Aslan oğlu Novruzovu avtomobil vurub. O, xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi