Yevlaxda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Yevlaxda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB Yevlax. 31 dekabr. REPORT.AZ/ Mingəçevir - Xaldan avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin aşması nəticəsində bir ailənin 4 üzvü xəsarət alıb.
Hadisə
31 Dekabr , 2018 00:03
Yevlaxda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB
Foto: "Report"

Yevlax. 31 dekabr. REPORT.AZ/ Mingəçevir - Xaldan avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin aşması nəticəsində bir ailənin 4 üzvü xəsarət alıb.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Havarlı və Hacıselli kəndləri arasında baş verib.

“Mercedes” hərəkətdə olan zaman digər avtomobillə toqquşaraq aşıb. Nəticədə maşında olan bir ailənin dörd üzvü – sürücü, onun anası, həyat yoldaşı və azyaşlı övladı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarəti ciddi olan 1975-ci il təvəllüdlü sürücü Şahməmmədov Eldəniz Şahməmməd oğlu və 1954-cü il təvəllüdlü anası Şahməmmədova Şahbəyim İsa qızı Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib. Qəzadan yüngül xəsarətlə xilas olan azyaşlı uşaq və anası isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.


***21:51

Yevlax. 30 dekabr. REPORT.AZ/ Mingəçevir-Xaldan yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, "90-UB-132" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində azı 1 nəfər xəsarət alıb. Hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Daha əvvəl Oğuz rayonunda bir ailənin üç üzvü yol qəzasına düşüb.

Son xəbərlər

Orphus sistemi