Mingəçevir su anbarında batan şəxsin meyiti sahilə çıxarılıb

Mingəçevir su anbarında batan şəxsin meyiti sahilə çıxarılıb Fakt üzrə araşdırma aparılır
Hadisə
19 İyul , 2017 09:08
Mingəçevir su anbarında batan şəxsin meyiti sahilə çıxarılıb
Report.az

Mingəçevir. 19 iyul. REPORT.AZ/ Dünən axşamdan batan şəxsin meyiti səhər saatlarında tapılıb.

”Report”un Şirvan bürosu xəbər verir ki, iyulun 18-də axşam saatlarında Mingəçevir su anbarının 4-cü buxtası deyilən ərazidə Bərdə rayon Güloğlular kənd sakini 1981-ci il təvəllüdlü Bəhmənov Səxavət Şakir oğlunun çimərkən batdığı barədə məlumat əsasında FHN tərəfindən axtarış elan edilib. Səhər saat 8 radələrində meyit xilasedicilər tərəfindən aşkar edilərək sahilə çıxarılıb və aidiyyati üzrə təhvil verilib.

Fakt üzrə araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi