"Mingəçevir stansiyası" adlanan ərazidə kişi meyiti aşkarlanıb - FOTO

"Mingəçevir stansiyası" adlanan ərazidə kişi meyiti aşkarlanıb - FOTO Onun avtomobil tərəfindən vurularaq öldüyü bildirilir
Hadisə
20 Noyabr , 2017 08:59
Mingəçevir stansiyası adlanan ərazidə kişi meyiti aşkarlanıb - FOTO
Report

Yevlax. 20 noyabr. REPORT.AZ/ Yevlax rayonunda meyit tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun "Mingəçevir stansiyası" adlanan ərazisində, körpünün altında kişi meyiti aşkarlanıb. 

Araşdırmalar nəticəsində onun Ucar rayon Qazyan kənd sakini, 1955-ci il təvəllüdlü Tofiq Abdulhüseyn oğlu Hüseynov olduğu məlum olub. İlkin ehtimallara görə, onun avtomobil tərəfindən vurularaq öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi