Mingəçevir Seçki Dairəsində yanğın olub

Mingəçevir Seçki Dairəsində yanğın olub Yanğına qısaqapanmanın səbəb olduğu bildirilib
Hadisə
29 Sentyabr , 2017 13:21
Mingəçevir Seçki Dairəsində yanğın olub

Mingəçevir. 29 sentyabr. REPORT.AZ/ Ötən gün 47 saylı Mingəçevir Seçki Dairəsində yanğın baş verib. 

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə sentyabrın 28-də gecə saat 22:30 - 23:00 radələrində Mingəçevir şəhərinin M.Maqomayev prospektində yerləşən dairənin inzibati binasında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və alovun miqyasının böyüməsinin qarşısı alınıb.  

Yanğına qısaqapanmanın səbəb olduğu bildirilib. 

Son xəbərlər

Orphus sistemi