Mingəçevir sakini "yuxu" dərmanından zəhərlənib

Mingəçevir sakini "yuxu" dərmanından zəhərlənib Mingəçevir. 5 fevral. REPORT.AZ/ Mingəçevir şəhərində zəhərlənmə hadisəsi baş verib.
Hadisə
5 Fevral , 2019 23:47
Mingəçevir sakini yuxu dərmanından zəhərlənib

Mingəçevir. 5 fevral. REPORT.AZ/ Mingəçevir şəhərində zəhərlənmə hadisəsi baş verib.

“Report”un Şirvan bürosu xəbər verir ki, Günəş küçəsi, 58 ünvanında yaşayan 1972-ci il təvəllüdlü yerli sakin Ramazanov Vaqif Zülfüqar oğlu normadan artıq “Fenezopam” dərman preparatı qəbul etdikdən sonra vəziyyəti pisləşib.

İlkin müayinə zamanı onun zəhərləndiyi məlum olub və zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

V.Ramazanov uzun müddətdir psixoloji problemlərdən əziyyət çəkir. Onun həkim məsləhəti olmadan çoxlu miqdarda qəbul etdiyi həblər, əsasən yuxu gətirmək vasitəsi kimi istifadə olunur.

Daha əvvəl Qazaxda kütləvi zəhərlənmə olub.

Son xəbərlər

Orphus sistemi