Mingəçevir sakini üzərinə benzin tökərək özünü yandırıb - YENİLƏNİB

Mingəçevir sakini üzərinə benzin tökərək özünü yandırıb - YENİLƏNİB Gənc oğlan ağır yanıq xəsarətləri alıb
Hadisə
2 Oktyabr , 2017 04:09
Mingəçevir sakini üzərinə benzin tökərək özünü yandırıb - YENİLƏNİB

Mingəçevir. 2 oktyabr. REPORT.AZ/ Mingəçevirdə özünü yandıraraq intihara cəhd edən şəxsin kimliyi məlum olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin “Energetik” yaşayış massivində, Fazil Əzimov küçəsi 3 b, mənzil 35-də qeydə alınıb. 

Belə ki, şəhər sakini, 1988-ci il təvəllüdlü şəhər sakini Nağıyev İlkin Faiq oğlu hələlik məlum olmayan səbəblərdən üzərinə benzin tökərək özünü yandırıb. O, yanıq xəsarətləri alaraq təcili xəstəxanaya çatdırılıb.

Faktlka bağlı araşdırmalara başlanılıb.


***6:21

Mingəçevir. 2 oktyabr. REPORT.AZ/ Mingəçevir şəhər sakini özünü yandıraraq intihara cəhd edib.

"Report”un Şirvan bürosu xəbər verir ki, həlilik adı məlum olmayan gənc oğlan üzərinə benzin tökərək özünü yandırıb. 

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan yaralı yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. 

Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, yaralının vəziyyəti ağır olaraq qalır. 

Son xəbərlər

Orphus sistemi