Mingəçevir. 15 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində intihara cəhd hadisəsi baş verib.
"Report”un Şirvan bürosu xəbər verir ki, 1976-cı il təvəllüdlü şəhər sakini Hüseynov Vaqif Lətif oğlu kəsici alətlə qollarını və bədəninin bəzi hissələrini kəsərək özünə xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.