Mingəçevir sakini həmyerlisini bıçaqlayıb

Mingəçevir sakini həmyerlisini bıçaqlayıb Faktla bağlı araşdırma aparılır
Hadisə
13 Fevral , 2017 12:05
Mingəçevir sakini həmyerlisini bıçaqlayıb

Bakı. 13 fevral. REPORT.AZ/ Mingəçevir şəhərində bıçaqlanma baş verib. 

"Report"un məlumatına görə, hadisə fevralın 11-də şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini Elmin Allahyarov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı kəsilmiş-deşilmiş xəsarətlərlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına (ŞMX) yerləşdirilib. 

Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Zaur Mustafayev tutulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi