"Mingəçevir" qəzetinin redaksiyasından oğurluq olub

"Mingəçevir" qəzetinin redaksiyasından oğurluq olub Faktla bağlı araşdırma aparılır
Hadisə
16 İyul , 2018 13:12
Mingəçevir qəzetinin redaksiyasından oğurluq olub

Mingəçevir. 16 iyul. REPORT.AZ/ "Mingəçevir" qəzetinin redaksiyasından oğurluq olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, gecə saatlarında redaksiyanın inzibati binasının pəncərə şüşələrini qıraraq içəri daxil olan naməlum şəxs və ya şəxslər orada olan iki ədəd kompüter və digər texniki vasitələri oğurlayıblar.

Məlumata görə, redaksiyaya 1800 manat dəyərində ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Mingəçevir" qəzeti Şəhər İcra Hakimiyyətinin mətbu orqanıdır.

Son xəbərlər

Orphus sistemi