DYP Mingəçevirdə reyd keçirib, 25 sürücü cərimələnib

DYP Mingəçevirdə reyd keçirib, 25 sürücü cərimələnib Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etmək olub
Hadisə
25 Noyabr , 2015 15:29
DYP Mingəçevirdə reyd keçirib, 25 sürücü cərimələnib

Bakı. 25 noyabr. REPORT.AZ/ Dövlət Yol Polisinin (DYP) əməkdaşları Mingəçevir şəhərində reyd keçirib, 25 sürücü cərimələnib. "Report" xəbər verir ki, Mingəçevir Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları Heydər Əliyev prospektində reyd keçirib.

Reydin keçirilməsində əsas məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etmək və sürücülər tərəfindən yol verilən qayda pozuntularını aşkar etmək olub. Reyd zamanı sürücülük hüququ olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşdirilib. Həmçinin, sürət həddini aşma, ötmə qaydalarının pozulması və digər qayda pozuntuları da aşkar edilib. Reyddə 25 sürücü haqqında inzibati tədbir görülüb və avtomobillər cərimə meydançasına aparılıb.

Reydlərin mütəmadi şəkildə davam etdirilməsi nəzərədə tutulub.

Son xəbərlər

Orphus sistemi