Mingəçevir bazarında meyvə-tərəvəz almaq istəyən qadını ilan sancıb

Mingəçevir bazarında meyvə-tərəvəz almaq istəyən qadını ilan sancıb Mingəçevir. 28 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində ilansancma hadisəsi baş verib.
Hadisə
28 İyun , 2018 22:58
Mingəçevir bazarında meyvə-tərəvəz almaq istəyən qadını ilan sancıb

Mingəçevir. 28 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində ilansancma hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, 1963-cü il təvəllüdlü şəhər sakini Salamova Sona Əliyar qızı bazarda meyvə-tərəvəz almaq istəyən zaman əlindən ilan sancıb.

Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti orta-ağırdır.

İlkin ehtimala görə, ilan bazar ərazisinə hansısa kənd təsərrüfatı məhsulunun qutusunda gəlib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi