Yuxarı
    Bağlamaq

    Mingəçevirdə azyaşlı üçüncü mərtəbədən yıxılıb

    Faktla bağlı araşdırma aparılır

    Mingəçevir. 31 iyul. REPORT.AZ/ Mingəçevir şəhərində azyaşlı üçüncü mərtəbədən yıxılıb. 

    "Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Cəmil Əliyev küçəsi 3a saylı binada baş verib.

    Belə ki, həmin binada 16 saylı mənzildə yaşayan 2015-ci il təvəllüdlü Ümid Məhərrəm oğlu Əliyev üçüncü mərtəbədən yerə yıxılıb. Azyaşlı xəstəxanaya çatdırılıb və hazırda uşaq şöbəsində müalicəsi davam etdirilir. Ümid Əliyevin vəziyyəti normal olaraq qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi