Milli Park “Azenco” şirkətini məhkəməyə verib

Milli Park “Azenco” şirkətini məhkəməyə verib İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır
Hadisə
18 Sentyabr , 2015 14:59
Milli Park “Azenco” şirkətini məhkəməyə verib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Hirkan Milli Parkı "Azenco" Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib. "Report"un xəbərinə görə, Milli Park zərərin əvəzinin ödənilməsini tələb edir.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2004-cü il fevralın 9-da yaradılıb. Milli Park Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir.

"Azenco" şirkəti isə dövlət müəssisəsi olan “Azərenerji” ASC-nin tərkibində "Azərenerjitikinti" MMC adı altında fəaliyyət göstərib. Bir müddət sonra "Azenco" Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Şirkətin xüsusi kapitalının həcmi təxminən 500 milyon ABŞ dollarına bərabərdir.

Son xəbərlər

Orphus sistemi