Yuxarı
    Bağlamaq

    Milli Məclisin deputatına ağır itki üz verib

    Oğlu ömürlük azadlıqdan məhrum edilən Əlirza Mirələmov dünyasını dəyişib

    Bakı. 9 noyabr. REPORT.AZ/ Milli Məclisin deputatına ağır itki üz verib. "Report" xəbər verir ki, deputat Hüseynbala Mirələmovun qardaşı Əlirza Mirələmov dünyasını dəyişib.

    Xatırladaq ki, Əlirza Mirələmovun oğlu Rəşad Mirələmov hazırda həbsdədir. O, Bakı Ağır Cinayətlər məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib. 

    Qeyd edək ki, 2012-ci ilin iyulun 17-də paytaxtın Səbail rayonu ərazisində fəaliyyət göstərən “1001 gecə” istirahət mərkəzində ölümlə nəticələnən insident baş verib. İstintaq zamanı Rəşad Mirələmovun “Makarov” markalı tapança ilə Ramal Bayramovu qəsdən öldürməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini qəsdən öldürməyə cəhd etməsi müəyyən olunub. O, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.10, 120.2.11, 29, 120.2.7 (qəsdən adam öldürmə), 182.2.3, 182.2.4, 182.3.2, 182.3.3 (hədə-qorxu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi