Milli Məclisin sektor müdirini qətlə yetirən şəxsin məhkəmə istintaqı yekunlaşıb

Milli Məclisin sektor müdirini qətlə yetirən şəxsin məhkəmə istintaqı yekunlaşıb Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib
Hadisə
7 Fevral , 2017 11:41
Milli Məclisin sektor müdirini qətlə yetirən şəxsin məhkəmə istintaqı yekunlaşıb

Bakı. 7 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını baltalayaraq qətlə yetirməkdə təqsirləndirilən Məzahir Qasıminin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Kamal İsmayılov ifadə verib.

O, təqsirləndirilən şəxsin qonşusu olduğunu deyib. Şahid M.Qasımini mülayim xasiyyətli, sakit insan kimi tanıdığını və onun belə bir hadisəni törədəcəyinə inanmadığını söyləyib.

Daha sonra digər şahid M.Qasıminin ilk həyat yoldaşı Nailə Qasımlı dindirilib. O, ifadəsində deyib ki, 1974-cü ilə M.Qasımi ilə ailə həyatı qurub və bu nikahdan 2 oğlan övladları var: "Onunla 1984-cü ildə boşansam da, münasibətlərimiz həmişə normal olub".

Mərhum Fəridə Məcidovanın rəfiqəsi Qalina Quliyevanın isə ifadəsi elan edilib. O, istintaqda verdiyi ifadəsində rəfiqəsi ilə M.Qasıminin aralarında problemlərin olduğunu və boşanmalarından xəbər tutduğunu bildirib 

İclasda məhkəmə istintaqının yekunlaşdırıldığı elan olunub.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası fevralın 11-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il sentyabrın 9-da Səbail rayonu Bayıl qəsəbəsi, Xanlar küçəsi ev 10, mənzil 4 ünvanında baş verib. Həmin ünvanda yaşayan M.Qasımi həyat yoldaşı Fəridə Məcidovaya balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisəni törədən M.Qasımi saxlanılıb.

Qətlə yetirilən F.Məcidova Milli Məclisin Aparatında sektor müdiri vəzifəsində çalışıb. O, ötən il yaşı ilə əlaqədar təqaüdə göndərilib. Mərhum ümumən 30 il Milli Məclis Aparatında müxtəlif vəzifələrdə işləyib.

Yaxınlarının sözlərinə görə, F.Məcidovanın həyat yoldaşı M.Qasımi arasında ev söhbəti olub. Bundan sonra mübahisə qızışıb və M.Qasımi tamah məqsədi ilə qadını amansızcasına qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi