Milli Məclisin sektor müdirini qətlə yetirən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb

Milli Məclisin sektor müdirini qətlə yetirən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb İş hakim Əlövsət Abbasovun icraatına verilib
Hadisə
20 Dekabr , 2016 15:50
Milli Məclisin sektor müdirini qətlə yetirən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Bakıda həyat yoldaşını baltalayaraq qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb.

"Report"un məlumatına görə, Məzahir Qasıminin cinayət işi üzrə Səbail Rayon Prokurorluğunda aparılan istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əlövsət Abbasovun icraatına verilib. Proses yaxın günlərdə başlayacaq.

Hadisə bu il sentyabrın 9-da Səbail rayonu Bayıl qəsəbəsi, Xanlar küçəsi ev 10, mənzil 4 ünvanında baş verib. Həmin ünvanında yaşayan M.Qasımi həyat yoldaşı Fəridə Məcidovaya balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisəni törədən M.Qasımi saxlanılıb.

Qətlə yetirilən F.Məcidova Milli Məclisin Aparatında sektor müdiri vəsifəsində çalışıb. O, ötən il yaşı ilə əlaqədar təqaüdə göndərilib. Mərhum ümumən 30 il Milli Məclis aparatında müxtəlif vəzifələrdə işləyib.

Yaxınlarının sözlərinə görə, F.Məcidovanın həyat yoldaşı M.Qasimi arasında ev söhbəti olub. Bundan sonra mübahisə qızışıb və M.Qasimi tamah məqsədi ilə qadını amansızcasına qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi