Milli Məclisin sektor müdirini qətlə yetirən şəxsə hökm oxunub

Milli Məclisin sektor müdirini qətlə yetirən şəxsə hökm oxunub Məzahir Qasımi 10 il müddətinə azadlqıdan məhrum edilib
Hadisə
14 Fevral , 2017 16:47
Milli Məclisin sektor müdirini qətlə yetirən şəxsə hökm oxunub

Bakı. 14 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını baltalayaraq qətlə yetirməkdə təqsirləndirilən Məzahir Qasıminin cinayət işi üzrə məhkəmənin növbəti iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Qasımi 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə keçən il sentyabrın 9-da Səbail rayonu Bayıl qəsəbəsi, Xanlar küçəsi ev 10, mənzil 4 ünvanında baş verib. Həmin ünvanda yaşayan M.Qasımi həyat yoldaşı Fəridə Məcidovaya balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisəni törədən M.Qasımi saxlanılıb.

Qətlə yetirilən F.Məcidova Milli Məclisin Aparatında sektor müdiri vəzifəsində çalışıb. O, ötən il yaşı ilə əlaqədar təqaüdə göndərilib. Mərhum ümumən 30 il Milli Məclis Aparatında müxtəlif vəzifələrdə işləyib.

Yaxınlarının sözlərinə görə, F.Məcidovanın həyat yoldaşı M.Qasımi arasında ev söhbəti olub. Bundan sonra mübahisə qızışıb və M.Qasımi tamah məqsədi ilə qadını amansızcasına qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi