Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycanda kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə cəzalar sərtləşdirilib. “Report” xəbər verir ki, bununla bağlı
Dəyişikliklərə əsasən, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə fiziki şəxslər 500 manat miqdarında, vəzifəli şəxslər 2000 manat miqdarında, hüquqi şəxslər 5000 manat miqdarında cərimə ediləcəklər.
Bundan başqa, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin “Bədən tərbiyəsi və idman haqqında” qanuna uyğun olaraq müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasına görə isə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək miqdarda, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək miqdarda cərimə edilir.
Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olmaya görə fiziki şəxslər 500 manat miqdarında, vəzifəli şəxslər 2000 manat miqdarında, hüquqi şəxslər isə 5000 manat miqdarında cərimə olunacaqlar.
Qeyd edək ki, dəyişikliklər səsverməyə qoyularaq qəbul edilib.