Biləsuvarda baş verən qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Biləsuvarda baş verən qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub - YENİLƏNİB Biləsuvar. 27 yanvar. REPORT.AZ/ Ötən gün gecə saatlarında Biləsuvar rayonunda baş verən ağır yol qəzası zamanı ölən 3 nəfərin və yaralananların şəxsiyyəti məlum olub.
Hadisə
28 yanvar 2019 05:56
Biləsuvarda baş verən qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub - YENİLƏNİB
0 : 00
0 : 00

Biləsuvar. 27 yanvar. REPORT.AZ/ Ötən gün gecə saatlarında Biləsuvar rayonunda baş verən ağır yol qəzası zamanı ölən 3 nəfərin və yaralananların şəxsiyyəti məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, qəza nəticəsində 2 nəfər, Bakı şəhər sakinləri, 1958-ci il təvəllüdlü Dəmirova Pürzəxanım Eynulla qızı və 1978-ci il təvəllüdlü Həşimova Elnarə Hüseynağa qızı hadisə yerində ölüb, 3 nəfər isə yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan 1966-ci il təvəllüdlü Abşeron rayonu Hökməli qəsəbə sakini Elmira Əli Ağasəfər qızı xəstəxanada keçinib. Bununla da ölənlərin sayı 3-ə çatıb.

Digər iki yaralı - 1953-cü il təvəllüdlü Bakı şəhəri, Biləcəri qəsəbə sakini Dəmirov Vəlinin vəziyyəti ağır olduğundan, o, reanimasiya şöbəsinə yerləşdirilib, 2003-cü il təvəllüdlü Həşimov Qəyyum Dəyanət oğluna isə tibbi yardım göstərilərək, evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.


*** 23:57

Biləsuvar. 27 yanvar. REPORT.AZ/ Biləsuvar rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtobus İrandan geri qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl əlverişsiz hava şəraiti Biləsuvarda nəqliyyatın hərəkətini çətinləşdirib.

Son xəbərlər

Orphus sistemi