Astarada mikroavtobus sərxoş piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Astarada mikroavtobus sərxoş piyadanı vuraraq öldürüb - YENİLƏNİB Piyadanın sərxoş vəziyyətdə mikroavtobusun qarşısına çıxdığı bildirilir
Hadisə
26 Noyabr , 2018 19:55
Astarada mikroavtobus sərxoş piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Astara. 26 noyabr. REPORT.AZ/ Astara rayonunda mikroavtobus tərəfindən vurulan piyadanın şəxsiyyəti məlum olub. 

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, Ələt-Astara magistralının Pensər kəndindən keçən hissəsində baş verən qəzada ölən piyadanın sərxoş vəziyyətdə mikroavtobusun qarşısına çıxdığı bildirilir. 

Belə ki, Astara şəhər sakini, 44 yaşlı Nahid Əhmədağa oğlu Əbilov idarə etdiyi mikroavtobusla sərxoş halda yolun hərəkət hissəsinə çıxan Pensər kənd sakini, 48 yaşlı Rafiq Mürsəl oğlu Teymurovu vurub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.


*** 18:22

Astara. 26 noyabr. REPORT.AZ/ Astara rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Pensər kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ələt-Astara magistralında hərəkətdə olan mikroavtobus yolu keçmək istəyən orta yaşlı kişini vurub.

Ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlıə araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi