MİDA 3 tenderə yekun vurub

MİDA 3 tenderə yekun vurub Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC ümumi dəyəri 135 452 manat olan 3 tenderə yekun vurub.
Hadisə
16 Aprel , 2020 15:15
MİDA 3 tenderə yekun vurub

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC ümumi dəyəri 135 452 manat olan 3 tenderə yekun vurub.

"Report" bu barədə vahid dövlət satınalmaları portalına istinadən xəbər verir.

Məlumata görə, şirkət kompüter avadanlıqları və ehtiyat hissələri üçün "ST Tech" MMC-yə 47 179 manat, inşa olunan yaşayış komplekslərində videomüşahidə sistemlərinin quraşdırılması və genişləndirilməsi üçün yeni də həmin şirkətə 41 201 manat, Bakının Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən yaşayış kompleksində ofisin təmiri üçün isə "İdeal TM" MMC-yə 47 072 manat ödəyəcək. 

Son xəbərlər

Orphus sistemi