Yuxarı
    Bağlamaq

    "Мi-8" helikopteri məcburi eniş edib, xəsarət alan yoxdur

    Neft Daşları yatağına gedən helikopterin qəza enişinin səbəbi mühərriklərdən birinin imtina etməsi olub

    Bakı. 27 may. REPORT.AZ/ Bu gün "Silkway Helicopters Services" aviaşirkətinin "Мi-8" helikopteri Xəzər dənizində Çilov adasına məcburi eniş edib.

    Bu barədə "Report"a "Azərbaycan Hava Yolları" (AZAL) ASC-dən bildirilib.

    Helikopterin göyərtəsində 15 sərnişin və 3 heyət üzvü olub, müvəffəqiyyətli eniş sayəsində onlardan heç biri xəsarət almayıb. Həmçinin, hava gəmisi də zərər görməyib.

    "Neft Daşları" yatağına gedən helikopterin qəza enişinin səbəbi mühərriklərdən birinin imtina etməsi olub. Sərnişinlər təyinat məntəqəsinə "Silkway Helicopters" aviaşirkətinin digər helikopterləri ilə çatdırılacaq.

    Hazırda bu hadisənin araşdırılması ilə məşğul olan xüsusi komissiya yaradılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi