"Meyvəli" ticarət mərkəzində kişi hündürlükdən maşının üzərinə düşüb

"Meyvəli" ticarət mərkəzində kişi hündürlükdən maşının üzərinə düşüb Xəsarət alan şəxs sərxoş olub
Hadisə
16 Noyabr , 2017 05:37
Meyvəli ticarət mərkəzində kişi hündürlükdən maşının üzərinə düşüb

Bakı. 16 noyabr. REPORT.AZ/ Bakıda sərxoş kişi hündürlükdən yıxılaraq avtomobilin üzərinə düşüb.

"Report" xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.

"Meyvəli" ticarət mərkəzində 1979-cu il təvəllüdlü Şükürov Azad Sübhan oğlu hündür yerdən yıxılaraq "Mercedes" markalı avtomobilin üzərinə düşüb. O, müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. "Mercedes"ə ciddi ziyan dəyib.

Xəsarət alan şəxs sərxoş vəziyyətində olub.

Son xəbərlər

Orphus sistemi