Meyiti tapılan neftçi dəfn edilib - FOTO

Meyiti tapılan neftçi dəfn edilib - FOTO Elçin Həsənov bu gün torpağa tapşırılıb
Hadisə
7 Mart , 2017 18:24
Meyiti tapılan neftçi dəfn edilib - FOTO
Report.az

Salyan. 7 mart. REPORT.AZ/ “Azneft” İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin mexaniki Elçin Həsənov Salyan şəhərində dəfn olunub.

"Report"un Aran bürosunun verdiyi məlumata görə, Salyan şəhər sakini, 59 yaşlı Elçin Yaqub oğlu Həsənov bu gün torpağa tapşırılıb.

Dəfn mərasimində SOCAR rəsmiləri, Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri və mərhumun qohumları iştirak ediblər.

Qeyd edək ki, ötən il dekabrın 15-də Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft-Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Nəticədə Neft-Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

Son xəbərlər

Orphus sistemi