Mevlüt Çavuşoğlu: “Suriyada quru əməliyyatı üç ölkə ilə kifayətlənməməlidir”

Mevlüt Çavuşoğlu: “Suriyada quru əməliyyatı üç ölkə ilə kifayətlənməməlidir” "Bu kimi əməliyyatlar daha geniş miqyaslı olmalıdır”
Hadisə
16 Fevral , 2016 23:26
Mevlüt Çavuşoğlu: “Suriyada quru əməliyyatı üç ölkə ilə kifayətlənməməlidir”

Bakı. 16 fevral. REPORT.AZ / “Türkiyə, Qətər və Səudiyyə Ərəbistanına məxsus quru qoşunlarının iştirakı ilə Suriya ərazəsində hərbi əməliyyatların keçirilməsini gözləmək doğru olmazdı. Bu kimi əməliyyatlar daha geniş miqyaslı olmalıdır”. “Report”un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Xarici işlər naziri Mevlüt Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, terrorçu DAEŞ təşkilatı sadəcə Türkiyənin problemi deyil və bu səbəbdən rəsmi Ankara ABŞ-ın başçılıq etdiyi 65 dövlətdən ibarət koalisiyanın hər bir üzvündən dəstək gözləyir.

Çavuşoğlu, həmçinin qeyd edib ki, rəsmi Ankara NATO-nun “İncirlik” hərbi bazasını Səudiyyə Ərəbistanının da istifadəsinə aşacaq. Lakin hələlik bu ölkəyə məxsus təyyarələr Türkiyəyə gəlməyib.

Son xəbərlər

Orphus sistemi