Metroya bomba qoyacağı barədə yalan məlumat verən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Metroya bomba qoyacağı barədə yalan məlumat verən şəxsin apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
24 İyun , 2017 09:37
Metroya bomba qoyacağı barədə yalan məlumat verən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 24 iyun. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində Daxili İşlər Nazirliyinə (DİN) zəng edərək metroya bomba qoyacağı barədə yalan məlumat verməkdə təqsirləndirilən Fəqani İsmayılovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, F.İsmayılovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, ötən ilin fevral ayında naməlum şəxs DİN-ə zəng edərək metroya bomba qoyacağını deyib. "102 xidməti"nə daxil olan zəngdən sonra araşdırmalara başlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsi, DİN-in Abşeron Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Abşeron rayonunun Saray qəsəbəsində yaşayan, İmişli rayon sakini, 1977-ci il təvəllüdlü F.İsmayılov olması müəyyən edilib və saxlanılıb.

O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.İsmayılov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi