Metronun "Gənclik" stansiyasında qatarda tüstülənmə olub - FOTO - YENİLƏNİB

Metronun "Gənclik" stansiyasında qatarda tüstülənmə olub - FOTO - YENİLƏNİB “Bakı Metropoliteni” QSC-nin Gənclik stansiyasında qatarda baş verən tüstülənmənin səbəbləri məlum olub.
Hadisə
21 Sentyabr , 2019 14:56
Metronun Gənclik stansiyasında qatarda tüstülənmə olub - FOTO - YENİLƏNİB

Bakı Metropoliteni” QSC-nin "Gənclik" stansiyasında qatarda baş verən tüstülənmənin səbəbləri məlum olub.

Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a açıqlamasında bildirib ki, vaqonda tüstü hiss olunub: “Qatar yoxlanılıb və hər şey qaydasındadır. Qatar həmin sərnişinləri yenidən götürürərək yoluna davam edib”.

B.Məmmədovun sözlərinə görə, bu qatardan əvvəl xətdə sınaq qatarı hərəkətdə olub: “Sınaq qatarı boş gedirmiş. Sınaq qatarının “kolodka”sı sıxılıb və bu zaman təkər relsə sürtülüb. Nəticədə yaranan tüstü digər qatarın içinə dolub. Sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün onlar qatardan düşürülüb və hər şey yoxlanılıb. Daha sonra heç bir problem müəyyən edilmədiyi üçün sərnişinlər həmin qatarla da yola salınıblar. Hazırda Bakı metrosunda hərəkət qrafiki tam qaydasında icra olunur".


*** 14:41

"Bakı Metropoliteni" QSC-nin "Gənclik" stansiyasında qatarda tüstülənmə olub.

"Report"un məlumatına görə, sərnişinlər qatardan düşürülüb.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi