Yuxarı

Metronun “Elmlər Akademiyası” stansiyasında sərnişinin çantasından oğurluq olub

Metronun “Elmlər Akademiyası” stansiyasında sərnişinin çantasından oğurluq olub
Araşdırmalar davam etdirilir

Bakı. 31 dekabr. REPORT.AZ/ Dörd gün əvvəl, dekabrın 27-də metronun “Elmlər Akademiyası” stansiyasında Bakı şəhər sakini Fatma Mehdiyevanın çantasından içərisində 120 manat pulu və sənədi olan pul kisəsi oğurlanıb.

“Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Şamil Vəliyev tutulub.

Araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi