Bakıda Ağac Emalı Zavodunun ərazisində yanğın olub

Bakıda Ağac Emalı Zavodunun ərazisində yanğın olub Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda "Dərnəgül" metrostansiyası yaxınlığında yanğın olması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmə
Hadisə
17 İyul , 2022 18:31
Bakıda Ağac Emalı Zavodunun ərazisində yanğın olub

Bakı şəhəri, Binəqədi rayonunda Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) ərazisində 900 m² sahədə məişət tullantıları və yararsız təkərlər, 3 ədəd ağac və yaxınlıqda ümumi sahəsi 8 m² olan külafirənginin yanar konstruksiyaları yanıb.

"Report" bu barədə FHN-ə istinadən xəbər verir.

Yaxınlıqdakı evlər və digər tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

16:35

Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon ərazisində ("Dərnəgül" metrostansiyası yaxınlığı) baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Report" bu barədə FHN-ə istinadən xəbər verir.

İlkin məlumata əsasən, Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) ərazisində təqribən 500 m² sahədə quru ot, məişət və təkər tullantıları yanıb.

Əlavə məlumat veriləcək.

15:08

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda "Dərnəgül" metrostansiyası yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

"Report" FHN-ə istinadən xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, təkər tullantıları yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi