Bakı metrosunda sevgilisini öldürmək istəyən şəxs hökmdən şikayət verib

Bakı metrosunda sevgilisini öldürmək istəyən şəxs hökmdən şikayət verib Bakıda sevgilisini bıçaqlayaraq ölümə cəhddə təqsirli bilinən Vahid Abdullayev barəsindəki hökmdən apelyasiya şikayəti verib.
Hadisə
16 İyul , 2019 15:39
Bakı metrosunda sevgilisini öldürmək istəyən şəxs hökmdən şikayət verib

Bakıda sevgilisini bıçaqlayaraq ölümə cəhddə təqsirli bilinən Vahid Abdullayev barəsindəki hökmdən apelyasiya şikayəti verib.

"Report"un xəbərinə görə, hakim Əflatun Qasımovun icraatında olan iş üzrə ilkin baxış iclası iyulun 19-da keçiriləcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, V.Abdullayev 11 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il sentyabrın 4-də Bakı Metropoliteninin "Nəsimi" stansiyasının platformasında baş verib.

V.Abdullayev 1972-ci il təvəllüdlü Elnarə Quliyevanı bıçaqlayıb. Hadisə yerindən qaçmağa cəhd edən V.Abdullayev daha sonra saxlanılıb.

Məlumata görə, o, E.Quliyeva ilə qeyri-rəsmi nikahda olub və hadisə qısqanclıq zəminində baş verib.

Son xəbərlər

Orphus sistemi