Yuxarı

Bakı metrosunda qadınlardan oğurluq edən şəxsin cinayət işi məhkəməyə göndərilib

Metdorda oğurluq edən şəxsin cinayət işi məhkəməyə göndərildi

Bakıda oğurluq etməkdə təqsirləndirilən Hafiz Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mətanət Hacıyevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 15-nə təyin edilib.

Qeyd edək ki, ötən il dekabrın 27-də "Bakı Metropoliteni"ndə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın 3 gün əvvəl metronun “Gənclik” stansiyasının platformasında cibindən “Samsung” markalı mobil telefonunun oğurlandığını bildirib.

Daha sonra oğurluqda şübhəli bilinən H.Hüseynov metronun “Elmlər Akademiyası” stansiyasında polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, H.Hüseynov daha 3 qadından da oğurluq edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi