Məşhur ticarət mərkəzində meyit aşkarlanıb

Məşhur ticarət mərkəzində meyit aşkarlanıb Faktla bağlı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır
Hadisə
2 Avqust , 2016 10:30
Məşhur ticarət mərkəzində meyit aşkarlanıb

Bakı. 2 avqust. REPORT.AZ/ Bakının Qaradağ rayonunda meyit aşkarlanıb.

“Report”un xəbərinə görə, “Sədərək” ticarət mərkəzində yerləşən çörək sexində orada çalışan Neftçala rayon sakini 1957-ci il təvəllüdlü Xanəhməd Abdullayevin meyiti aşkar olunub.

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi