Yuxarı
    Bağlamaq

    ​Məşhur jurnalistin işlətdiyi “Topaz” məntəqəsindən oğurluq edilib

    Obyektin qapısının qıfılı qırılıb

    Bakı. 24 iyul. REPORT.AZ/ Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “Topaz” məntəqəsindən oğurluq olub. “Report”un məlumatına görə, naməlum şəxslər gecə saatlarında obyektin qapısının qıfılını qıraraq oradan bir ədəd noutbuk oğurlayıblar.

    Faktla bağlı Xətai Rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis bolməsinin əməkdaşları cinayəti torədən şəxlərin axtarışlarını davam etdirir.

    Oğurluq edilən “Topaz” məntəqəsini ANS televiziya kanalının keçmiş idman jurnalisti Asif Bağırov işlədir.

    A.Bağırov “Report”a açıqlamasında məlumatı təsdiqləyib. O, obyektdən noutbukla yanaşı, datakart və təxminən 400 manatlıq uduş kuponları da aparıldığını deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi