Məşhur istirahət mərkəzində ölüm hadisəsi baş verib

Məşhur istirahət mərkəzində ölüm hadisəsi baş verib Ölümün səbəbi aparılacaq ekspertizanın rəyinə əsasən müəyyənləşəcək
Hadisə
2154
4 Aprel , 2016 13:53
Məşhur istirahət mərkəzində ölüm hadisəsi baş verib

Bakı. 4 aprel. REPORT.AZ/ Lənkəran şəhəri Aşağı Nüvədi qəsəbəsində yerləşən "Palıdlı Sahil" Ailəvi İstirahət Mərkəzində ölüm hadisəsi baş verib.

"Report"un xəbərinə görə, istirahət mərkəzində dincələn Bakı şəhəri Azadlıq prospekti 179/50 ünvanında qeydiyyatda olan 61 yaşlı Səfərov Ələddin Nuşrəddin oğlu bu gün səhər naməlum səbəbdən dünyasını dəyişib. 

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Ölümün səbəbi aparılacaq ekspertizanın rəyinə əsasən müəyyənləşəcək.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi