Meşədə narkotik becərən Oğuz sakinləri saxlanılıb

Meşədə narkotik becərən Oğuz sakinləri saxlanılıb Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Hadisə
29 May , 2020 10:32
Meşədə narkotik becərən Oğuz sakinləri saxlanılıb

Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xaçmazqışlaq kənd sakinləri - Elşad Seyidəliyev və İlkin Atakişiyev saxlanılıb. E.Seyidəliyevin kəndin meşəlik ərazisində ağac və kolların arasında 12, İ.Atakişiyevin isə 10 ədəd xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdikləri çətənə bitkiləri aşkar olunub.

Faktla bağlı Oğuz RPŞ-də saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi