Meşədə narkotik becərən İsmayıllı sakininin məhkəməsi başlayır

Meşədə narkotik becərən İsmayıllı sakininin məhkəməsi başlayır İsmayıllı rayonunda narkotik tərkibli bitkiləri əkib-becərməkdə təqsirləndirilən Arif Qarayevin barəsindəki ibtidai istintaq başa çatıb.
Hadisə
25 Sentyabr , 2019 20:27
Meşədə narkotik becərən İsmayıllı sakininin məhkəməsi başlayır

İsmayıllı rayonunda narkotik tərkibli bitkiləri əkib-becərməkdə təqsirləndirilən Arif Qarayevin barəsindəki ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

Hakim Rəfayel Şirinovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, bu ilin iyun ayında İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Quşencə kəndindəki meşəlik ərazidə aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən çətənə bitkiləri aşkarlanıb.

Davam etdirilən tədbirlər zamanı orada narkotik tərkibli bitkiləri əkib-becərən şəxsin rayonun Quşencə kənd sakini, əvvəllər məhkum edilmiş, 48 yaşlı Arif Qarayev olduğu müəyyənləşib.

O, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Dindirilmə zamanı o, çətənə bitkilərini yetişdirdiyini etiraf edib.

A.Qarayevə Cinayət Məcəlləsinin 237.1-ci (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi