Mərkəzi Univermaqda 50 min manatlıq qızılı dələduzluqla ələ keçirməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb

Mərkəzi Univermaqda 50 min manatlıq qızılı dələduzluqla ələ keçirməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb Məhkəmənin baxış iclası avqustun 3-nə təyin edilib
Hadisə
25 İyul , 2016 12:54
Mərkəzi Univermaqda 50 min manatlıq qızılı dələduzluqla ələ keçirməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb

Bakı. 25 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sevda Qəhrəmanovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 3-nə təyin edilib.

Qeyd edək ki, S.Qəhrəmanova Səbail rayonunda yerləşən Mərkəzi Univermaqda qızıl alqı-satqısı ilə məşğul olan Vidadi Rəhimovun satış üçün nəzərdə tutulan dəyəri 50 min manat olan qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirib. V.Rəhimov bu barədə polisə məlumat verib. Qadın polis əməkdaşları tərəfindən saxlanılıb.

Xatırladaq ki, S.Qəhrəmanova V.Rəhimovun satıcısı olub.

Son xəbərlər

Orphus sistemi