Mərkəzi Qan Bankının Bərdə rayon regional bölməsinə yeni baş həkim təyin edilib

Mərkəzi Qan Bankının Bərdə rayon regional bölməsinə yeni baş həkim təyin edilib Bu barədə səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb
Hadisə
8 Noyabr , 2017 20:13
Mərkəzi Qan Bankının Bərdə rayon regional bölməsinə yeni baş həkim təyin edilib
Report

Bərdə. 8 noyabr. REPORT.AZ/ Səhiyyə Nazirliyi B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnistitutu Mərkəzi Qan Bankının Bərdə rayon regional bölməsinə yeni baş həkim təyin edilib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, bu vəzifəyə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının müalicə işləri üzrə müavini Cəsarət Məmmədov gətirilib.

Qeyd edək ki, Mərkəzi Qan Bankının Bərdə rayon regional bölməsinin müdiri İbrahim Muradov bir neçə ay əvvəl yol qəzasına düşərək dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi