Mərhum jurnalistin oğlunun cinayət işinin icraatı dayandırılıb

Mərhum jurnalistin oğlunun cinayət işinin icraatı dayandırılıb Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
15 Sentyabr , 2016 09:27
Mərhum jurnalistin oğlunun cinayət işinin icraatı dayandırılıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Tural Mahal oğlu Sadıqov barəsində olan hökmdən dövlət itthamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə cinayət işinin icraatının dayandırılması ilə bağlı qərar çıxarıb.

Qeyd edək ki, ittiham aktına əsasən, Bakı şəhər sakini Tural Mahal oğlu Sadıqov etibardan sui-istifadə və ya aldatma yolu ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində tikinti materialları satan Seymur Abbasəli oğlu Yolciyev və Qəhrəman Əhliman oğlu Qulamovdan ayrı-ayrılıqda 2012-ci ilin may-dekabr ayları ərzində hissə-hissə, ümumilikdə cəmi 308 min manat dəyərində müxtəlif tikinti materiallarını nisyə alıb, pulunu ödəməyərək həmin şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə günahlandırılıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

2015-ci ilin dekabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə T.Sadıqov bəraət alıb. O, məhkəmə zalından azadlığa buraxılıb. Qərardan narazı qalan zərərçəkmiş apellyasiya şikayəti və dövlət ittihamçısı apellyasiya protesti verib.

Xatırladaq ki, T.Sadıqov mərhum jurnalist Mahal İsmayıloğlunun oğludur.

Son xəbərlər

Orphus sistemi