Mərhum jurnalistin oğlu məhkəmə zalından azadlığa buraxılıb

Mərhum jurnalistin oğlu məhkəmə zalından azadlığa buraxılıb Məhkəmə Mahal İsmayıloğlunun oğluna bəraət verib
Hadisə
17 Dekabr , 2015 16:52
Mərhum jurnalistin oğlu məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tural Mahal oğlu Sadıqovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Sadıqov bəraət alıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Bakı şəhər sakini Tural Mahal oğlu Sadıqov etibardan sui-istifadə və ya aldatma yolu ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində tikinti materialları satan Seymur Abbasəli oğlu Yolciyev və Qəhrəman Əhliman oğlu Qulamovdan ayrı-ayrılıqda 2012-ci ilin may-dekabr ayları ərzində hissə-hissə, ümumilikdə cəmi 308 min manat dəyərində müxtəlif tikinti materiallarını nisyə alıb, pulunu ödəməyərək həmin şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə günahlandırılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Dələduzluqda ittiham olunan Tural Mahal oğlu Sadıqov mərhum jurnalist Mahal İsmayıloğlunun oğludur.

Son xəbərlər

Orphus sistemi