Mərhum İlhamə Quliyevanın sabiq köməkçisi məhkəmədən vaxt istəyib

Mərhum İlhamə Quliyevanın sabiq köməkçisi məhkəmədən vaxt istəyib Proses noyabrın 22-də davam etdiriləcək
Hadisə
15 Noyabr , 2016 17:11
Mərhum İlhamə Quliyevanın sabiq köməkçisi məhkəmədən vaxt istəyib

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə M.Hüseynovanın ifadə verməsini tələb edib.

O, ifadə verməkdən imtina edərək, məhkəmədən vaxt istəyib.

Proses noyabrın 22-də davam etdiriləcək.

Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi