Mərdəkanda iki avtomobil toqquşub, xəsarət alan var

Mərdəkanda iki avtomobil toqquşub, xəsarət alan var Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
22 May , 2021 07:40
Mərdəkanda iki avtomobil toqquşub, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Mərdəkan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Kazımov Ramin Kazım oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Ona sağ dizin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi