Mərdəkanda yol qəzası nəticəsində iki qadın xəsarət alıb

Mərdəkanda yol qəzası nəticəsində iki qadın xəsarət alıb Paytaxtın Xəzər rayon Mərdəkan qəsəbəsində iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
12 İyun , 2019 01:14
Mərdəkanda yol qəzası nəticəsində iki qadın xəsarət alıb

Paytaxtın Xəzər rayon Mərdəkan qəsəbəsində iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, qəza zamanı 1975-ci il təvəllüdlü Əliquliyeva Rəfiqə Ağaqardaş qızı və 1989-cu il təvəllüdlü Abdullayeva Şəhla Nəsir qızı xəsarət alıblar.

Hər iki yaralı 3 saylı Sabunçu Şəhər Xəstəxanasına yerləşdirilib. Ş.Abdullayevaya qapalı kəllə-beyin travması, R.Əliquliyevaya isə başın yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. Hər iki yaralı ambulator müalicəyə buraxılıb.

Son xəbərlər

Orphus sistemi