Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıblar

Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıblar Bakı. 9 fevral. REPORT.AZ/ Xəzər rayonu ərazisindəki evlərin birindən pul oğurlanması barədə Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət daxil olub.
Hadisə
9 Fevral , 2019 12:31
Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıblar

Bakı. 9 fevral. REPORT.AZ/ Xəzər rayonu ərazisindəki evlərin birindən pul oğurlanması barədə Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və bu il fevralın 1-də həmin mənzildən 1600 ABŞ dollarının oğurlanması məlum olub.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların Binə qəsəbə sakinləri A.Qazıyev, C.HəsənovV.Qasımov olmaları müəyyən edilib.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların rayon ərazisindəki bir mağaza və evdən ərzaq məhsulları və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

2-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat tədbirləri nəticəsində bu il yanvarın 24-də rayon ərazisindəki evlərin birindən 2 ədəd samovar oğurlamaqda şübhəli bilinən şəxs də saxlanılıb.

Saxlanılan şəxsin Binə qəsəbə sakini E.İsmayılov olması, həmçinin əvvəllər oğurluq və narkotik vasitə istifadə etdiyinə, daşıdığına görə məhkumluq həyatı yaşadığı müəyyən edilib.

Faktlarla əlaqədar araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi