Mənimsəmədə təqsirləndirilən bank işçiləri məhkəmə zalından azadlığa buraxılıb

Mənimsəmədə təqsirləndirilən bank işçiləri məhkəmə zalından azadlığa buraxılıb Onlar bankın 200 min manat məbləğində pulunu mənimsəməkdə təqsirli biliniblər
Hadisə
22 Avqust , 2016 13:00
Mənimsəmədə təqsirləndirilən bank işçiləri məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 22 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Turan Əliyev, Məzahir Bağırov və Yasəmən Dəmirçinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə onların barəsində 2 il sınaq müddəti olmaqla şərti cəza verilib. T.Əliyev, M.Bağırov və Y.Dəmirçi məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, təqsirləndirilən şəxslər "Atrabank"ın əməkdaşları olublar. Onlar bankın 200 min manat məbləğində pulunu mənimsəməkdə təqsirli biliniblər.

T.Əliyev, M.Bağırov və Y.Dəmirçi Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olnublar.

Son xəbərlər

Orphus sistemi