Azərbaycanda məktəblini at sürüyərək öldürüb

Azərbaycanda məktəblini at sürüyərək öldürüb At uşağı bir neçə kilometr sürüyüb
Hadisə
3 Dekabr , 2015 12:31
Azərbaycanda məktəblini at sürüyərək öldürüb

Bakı. 3 dekabr. REPORT.AZ/ Ucar rayonunda orta məktəb şagirdi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. "Report"un xəbərinə görə, hadisə rayonun Şahlıq kənd ərazisində baş verib. Həmin kənd sakini  T.Ə (ad şərtidir) yaşadığı kənddə ata minib. At sürməyi bacarmayan azyaşlı yıxılaraq ayağı yəhərə ilişib. Yəhərə ilişmiş azyaşlını at bir neçə kilometr sürüyərək ərazidə olan ağaclara və metal borulara çırpıb. Hadisə nəticəsində məktəbli dünyasını dəyişib.

Qeyd edək ki, dünyasını dəyişən azyaşlı 6-cı sinif şagirdi olub.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi